"ÇL"də dünənin nəticələri
- 2022-08-17
Dünən Çempionlar Liqasında pley-off mərhələsinə start verilib.
İlk oyun günündə 3 matç keçirilib.
Azərbaycan millisinin üzvü Mahir Emrelinin də çıxış etdiyi "Dinamo" (Zaqreb, Xorvatiya) "Budo Qlimt"in (Norveç) qonağı olub və 0:1 hesabı ilə uduzub. Türkiyə "Trabzonspor"u isə səfərdə "Kopenhagen"lə (Danimarka) 1:2 hesabı ilə məğlub olub. "Reyncers" (Şotlandiya) - PSV (Niderland) görüşündə qalib müəyyənləşməyib - 2:2.
Qeyd edək ki, pley-off mərhələsinin digər 3 oyunu bu gün keçiriləcək. Azərbaycan çempionu "Qarabağ" Bakıda "Viktoriya"nı (Plzen, Çexiya) qəbul edəcək.
Çempionlar Liqası, pley-off mərhələsi
İlk oyunlar
16 avqust
23:00. "Budo Qlimt" (Norveç) - "Dinamo" (Zaqreb, Xorvatiya) - 1:0
Qol: Pelleqrino, 37
23:00. "Kopenhagen" (Danimarka) - "Trabzonspor" (Türkiyə) - 2:1
Qollar: Viktor Klaesson, 9 (1:0), Lukas Lerager, 48 (2:0), Anastasios Bakasetas, 79 (2:1)
23:00. "Reyncers" (Şotlandiya) - PSV (Niderland) - 2:2
Qollar: İbrahim Sanqare, 37 (0:1), Antonio Çolak, 40 (1:1), Tom Lourens, 70 (2:1), Armando Obispo, 78 (2:2)
17 avqust
20:45. "Qarabağ" (Azərbaycan) - "Viktoriya" (Plzen, Çexiya)
23:00. "Dinamo" (Kiyev, Ukrayna) - "Benfika" (Portuqaliya)
23:00. "Makkabi" (Hayfa, İsrail) - "Srvena Zvezda" (Serbiya)