"ÇL"də 3-cü mərhələnin bütün cütləri müəyyənləşdi
- 2022-07-28
Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin bütün cütləri dəqiqləşib.
Turnirdə mübarizəni davam etdirən təmsilçimiz "Qarabağ" bu mərhələdə "Ferentsvaroş"la (Macarıstan) qarşılaşacaq. Millimizin üzvü Mahir Emrelinin formasını geyindiyi Zaqreb "Dinamo"su (Xorvatiya) isə "Ludoqorets"lə (Bolqarıstan) üz-üzə gələcək.
ÇL-də 3-cü təsnifat mərhələsinin bütün cütləri
Çempionlar yolu
"Makkabi" (Hayfa, İsrail) - "Apollon" (Limassol, Kipr)
"Qarabağ" (Azərbaycan) - "Ferentsvaroş" (Macarıstan)
"Ludoqorets" (Bolqarıstan) - "Dinamo" (Zaqreb, Xorvatiya)
"Şerif" (Moldova) - "Viktoriya" (Plzen, Çexiya)
"Bodo Qlimt" (Norveç) - "Jalgiris" (Litva)
"Srvena Zvezda" (Serbiya) – "Pünik" (Ermənistan)
Liqa yolu
"Monako" (Fransa) – "PSV" (Niderland)
"Dinamo" (Kiyev, Ukrayna) - "Şturm Qrats" (Avstriya)
"Yunion" (Belçika) – "Reyncers" (Şotlandiya)
"Benfika" (Portuqaliya) – "Midtyulland" (Danimarka)
Qeyd edək ki, bu mərhələnin ilk görüşləri 2-3 avqustda, cavab matçları isə 9-10 avqustda keçiriləcək.