"Qarabağ" "Sürix"ə qarşı - "ÇL"
- 2022-07-27
Bu gün Çempionlar Liqasında 2-ci təsnifat mərhələsinə yekun vurulacaq.
Növbəti oyun günün daha 6 cavab qarşılaşması keçiriləcək.
Təmsilçimiz "Qarabağ" İsveçrədə "Sürix"in qonağı olacaq. Ağdam klubu Bakıdakı ilk görüşdə 3:2 hesablı qələbə qazanıb.
"Qarabağ"ın 3-cü təsnifat mərhələsindəki potensial rəqiblərinin matçında "Ferentsvaroş" Macarıstanda Slovakiyanın "Slovan" (Bratislava) komandası ilə üz-üzə gələcək. İlk oyunda Bratislava təmsilçisi qalib gəlib - 2:1.
"Fənərbaxça" Türkiyədə Ukraynanın "Dinamo" (Kiyev) klubunu sınağa çəkəcək. Komandanlar arasındakı ilk qarşılaşmada hesab açılmayıb.
27 iyul
Çempionlar Liqası
2ci təsnifat mərhələsi
Cavab oyunları
20:00. "Budyo Qlimt" (Norveç) - "Linfild" (Şimali İrlandiya)
İlk oyun - 0:1
21:00. "Sürix" (İsveçrə) - "Qarabağ" (Azərbaycan)
İlk oyun - 2:3.
21:00. "Malmö" (İsveç) - "Jalgiris" (Litva)
İlk oyun - 0:1.
21:00. "Fənərbağça" (Türkiyə) - "Dinamo" (Kiyev, Ukrayna)
İlk oyun - 0:0.
22:30. "Slovan" (Bratislava, Slovakiya) - "Ferentsvaroş" (Macarıstan)
İlk oyun - 2:1.
23:00. "Olimpiakos" (Yunanıstan) - "Makkabi" (Hayfa, İsrail)
İlk oyun - 1:1.