"ÇL"də oyunlar davam edir
- 2022-07-20
Bu gün Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində növbəti oyunlar keçiriləcək.
İkinci oyun günündə 5 qarşılaşma olacaq.
"Qarabağ"ın 3-cü mərhələdki potensial rəqibləri də bu gün üz-üzə gələcək. "Ferentsvaroş" Macarıstanda Slovakiya "Slovan"ını (Bratislava) qəbul edəcək.
Türkiyənin "Fənərbaxça" klubu Polşada Kiyev "Dinamo"su ilə qarşılaşacaq.
20 iyul
Çempionlar Liqası
3-cü təsnifat mərhələsi
İlk oyunlar
20:00. "HİK" (Finlandiya) - "Viktoriya" (Plzen, Çexiya)
21:00. "Makkabi" (Hayfa, İsrail) - "Olimpiakos" (Yunanıstan)
22:00. "Ferentsvaroş" (Macarıstan) - "Slovan" (Bratislava, Slovakiya)
22:00. "Dynamo" (Kiyev, Ukrayna) - "Fənərbağça" (Türkiyə)
22:15. "Maribor" (Sloveniya) - "Şerif" (Moldova)
19 iyul
"Qarabağ" (Azərbaycan) - "Sürix" (İsveçrə) - 3:2
"Pünik" (Ermənistan) - "Düdelanj" (Lüksemburq) - 0:1
"Jalgiris" (Litva) - "Malmö" (İsveç) - 1:0
"Ludoqorets" (Bolqarıstan) - "Şemrok Rovers" (İrlandiya) - 3:0
"Midtüllann" (Danimarka) - "AEK" (Larnaka, Kipr) - 1:1
"Linfild" (Şimali İrlandiya) - "Budyo Qlimt" (Norveç) - 1:0
"Dinamo" (Zaqreb, Xorvatiya) - "Şkupi" (Şimali Makedoniya) - 2:2