"Qarabağ" "Sürix"ə qarşı
UEFA Çempionlar liqası

"Qarabağ" "Sürix"ə qarşı

  • 2022-07-19

Bu gün "Qarabağ" Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində İsveçrə "Sürix"i ilə ilk oyununa çıxacaq. 

Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək görüş saat 20:00-da başlayacaq. Komandalar arasında cavab oyunu iyulun 27-si İsveçrədə olacaq.

Cütün qalibi ÇL-in 3-cü təsnifat mərhələsində "Ferentsvaroş" (Macarıstan) / "Slovan" (Bratislava, Slovakiya) cütünün güclüsü "ilə üz-üzə gələcək. Məğlub tərəf isə Avropa Liqasının 3-cü təsnifat mərhələsində "Linfild" (Şimali İrlandiya) - "Budyo Qlimt" (Norveç) cütünün zəifi ilə görüşəcək.

Çempionlar Liqası, 2-ci təsnifat mərhələsi

İlk oyun

"Qarabağ" (Azərbaycan) - "Sürix" (İsveçrə)

Hakimlər: İrfan Pelto, Senad İbrisimbeqoviç, Davor Belyo, Miloş Giqoviç (Bosniya və Herseqovina)

Tofiq Bəhramov adına Respublika Stadionu.