"Qarabağ"dan möhtəşəm qələbə
UEFA Çempionlar liqası

"Qarabağ"dan möhtəşəm qələbə

  • 2022-07-13

"Qarabağ" Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində "Lex"lə cavab oyununa çıxıb.

İlk matçda 0:1 hesabı ilə uduzan Ağdam təmsilçisi Polşa klubu ilə Tofiq Bəhramov adına Respublika Stadionunda qarşılaşıb. Matçın ilk dəqiqəsində qonaqlar hesabı açsa da, "Qarabağ" 5 qol vuraraq möhtəşəm qələbə ilə 2-ci təsnifat mərhələsinə yüksəlib.

Qurban Qurbanovun komandası bu mərhələdə İsveçrə "Sürix"i ilə üz-üzə gələcək. Komandalar arasında ilk görüş iyulun 20-də Bakıda, cavab matçı isə bir həftə sonra Sürixdə olacaq.

"Lex" isə mübarizəni Konfrans Liqasında davam etdirəcək.

Çempionlar Liqası, 1-ci təsnifat mərhələsi

Cavab oyunu

20:00. "Qarabağ" - "Lex" - 5:1

Qollar: Velde, 1 (0:1), Kadi, 14 (1:1), Ozobiç, 42 (2:1), Medina, 56 (3:1), Kadi, 74 (4:1), Abbas Hüseynov, 77 (5:1)

Hakimlər: Endryu Medli, Daniel Kuk, Harri Leonard, Simon Huper

Tofiq Bəhramov adına Respublika Stadionu

İlk oyun - 0:1