"ÇL"də 2-ci mərhələnin püşkü atıldı
- 2022-06-16
Dünən Çempionlar Liqasında 2-ci təsnifat mərhələsinin püşkü atılıb.
İsveçrənin Nyon şəhərində keçirilən tədbirdə 12 cüt müəyyənləşib.
Çempionlar Yolu
"Tobol" (Qazaxıstan) / "Ferentsvaroş" (Macarıstan) - "Slovan" (Bratislava, Slovakiya) / "Dinamo" (Batumi, Gürcüstan)
"Dinamo" (Zaqreb, Xorvatiya) - "Şkupi" (Şimali Makedoniya) / "Linkoln" (Cəbəllütariq)
"Lex" (Polşa) / "Qarabağ" (Azərbaycan) - "Sürix" (İsveçrə)
HIK (Finlandiya) / RFŞ (Latviya) - "Viktoriya" (Çexiya)
TNS (Uels) / "Linfild" (Şimali İrlandiya) - "Budye Qlimt" (Norveç) / "Klasksvik" (Farer adaları)
"Balikani" (Kosovo) / "Jalgiris" (Litva) - "Malmö" (İsveç) / İlkin mərhələnin qalibi
"Lüdoqorets" (Bolqarıstan) / "Sutyeska" (Monteneqro) - "Şemrok Rovers" (İrlandiya) / "Hibernians" (Malta)
"Maribor" (Sloveniya) / "Şaxtyor" (Soliqorsk, Belarus) - "Zrinski" (Bosniya və Herseqovina) / "Şerif" (Moldova)
"Makkabi" (Hayfa, İsrail) - "Olimpiakos" (Yunanıstan)
"Pünik" (Ermənistan) / ÇFR (Rumıniya - "Düdelanj" (Lüksemburq) / "Tirana" (Albaniya)
Liqa yolu
"Dinamo" (Kiyev, Ukrayna) - "Fənərbağça" (Türkiyə)
"Midtüllan" (Danimarka) - AEK (Kipr)
Qeyd edək ki, 2-ci təsnifat mərhələsinin oyunları iyulun 19-20-də və 26-27-də keçiriləcək.