Çempionlar Liqasının ilkin təqvimi açıqlandı
UEFA Çempionlar liqası

Çempionlar Liqasının ilkin təqvimi açıqlandı

  • 2022-06-08

UEFA-nın rəsmi saytında Çempionlar Liqasının 2022/2023 mövsümü üçün ilkin təqvimi dərc edilib.

Turnirin yeni mövsümü iyunun 21-də ilkin seçmə mərhələ ilə başlayacaq. Final matçı isə 2023-cü il iyunun 10-da keçiriləcək.

İyulun 5-dən avqustun 24-dək birinci və ikinci təsnifat mərhələlərinin, eləcə də pley-off mərhələsinin oyunları keçiriləcək.

Qrup mərhələsi sentyabrın 6-dan noyabrın 2-dək davam edəcək. Qrup mərhələsinin belə erkən başa çatması ilin sonunda (noyabrın 21-dən dekabrın 18-dək) ​​Qətərdə dünya çempionatının keçiriləcəyi ilə bağlıdır.

1/8 final fevralın 14-dən martın 15-dək, 1/4 final görüşləri 11, 12 və 18, 19 aprel, yarımfinal oyunları 9, 10, 16 və 17 may tarixlərində keçiriləcək.

Çempionlar Liqasının finalı iyunun 10-da İstanbulda, Atatürk Olimpiya Stadionunda keçiriləcək. 

Xatırladaq ki, bu mövsüm ölkəmizi Çempionlar Liqasında "Qarabağ" təmsil edəcək. Ağdam klubu mübarizəyə 1-ci təsnifat mərhələsindən başlayacaq.