"ÇL"in bombardiri
UEFA Çempionlar liqası

"ÇL"in bombardiri

  • 2022-05-29

Çempionlar Liqasının 2021/22 mövsümünün bombardirinin adına aydınlıq gəlib. 

Bu, "Real"ın futbolçusu Kərim Benzema olub. O, mövsüm ərzində ümumilikdə 12 oyunda 15 qola imza atıb. Həmçinin fransalı hücumçu 2 qol ötürməsi də verib. Benzema bombardirlər siyahısında Robert Levandovskini ("Bavariya", 13 qol) və Sebastyen Alleri ("Ayaks", 11 qol) qabaqlayıb. 

Qeyd edək ki, "Real" finalda "Liverpul"a 1:0 hesabı ilə qalib gələrək tarixində 14-cü dəfə ÇL-in qalibi olub.