UEFA Çempionlar liqası

"ÇL"nin qalibi müəyyənləşdi - Video

  • 2022-05-29

Dünən Çempionlar Liqasında final oyunu keçirilib.

Həlledici matçda İspaniyanın "Real" və İngiltərənin "Liverpul" klubları qarşılaşıb. Madrid təmsilçisi rəqibinə 1:0 hesabı ilə qalib gəlib. Oyundakı yeganə qolu 59-cu dəqiqədə Vinisius Junior vurub. Nəticədə "kral klubu" tarixində 14-cü dəfə Çempionlar Liqasının qalibi olub.

Qeyd edək ki, Parisdəki "Stade de Frans" stadionunda keçirilən görüş Bakı vaxtı ilə saat 23:00-da başlamalı olsa da,  təhlükəsizlik işləri baxımından 23:37-də start götürüb. 

28 may

23:37. "Liverpul" (İngiltərə) - "Real" (İspaniya) - 0:1

Qol: Vinisius Junior, 59

Paris, "Stade de Frans" stadionu