"ÇL"nin qalibi bu gün müəyyənləşir
UEFA Çempionlar liqası

"ÇL"nin qalibi bu gün müəyyənləşir

  • 2022-05-28

Bu gün Çempionlar Liqasında final oyunu keçiriləcək.

Həlledici matçda İspaniyanın "Real" və İngiltərənin "Liverpul" klubları qarşılaşacaq. Parisdəki "Stade de Frans" stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. 

Qeyd edək ki, indiyə kimi "Real" ÇL-i 13 dəfə, "Liverpul" isə 6 dəfə qazanıb.

28 may

23:00. "Liverpul" (İngiltərə) - "Real" (İspaniya)

Paris, "Stad de Frans" stadionu