Tarixdə ilk dəfə "ÇL"də çıxış edəcək
UEFA Çempionlar liqası

Tarixdə ilk dəfə "ÇL"də çıxış edəcək

  • 2022-05-20

"Ayntraxt" tarixində ilk dəfə Çempionlar Liqasında çıxış edəcək.

Almaniya klubu Avropa Liqasının finalında "Reyncers"ə qalib gəlib - əsas və əlavə vaxt - 1:1, penaltilər seriyası – 5:4. Nəticədə komanda növbəti mövsüm "ÇL"də oynamaq hüququ qazanıb. Bu, "Ayntraxt"ın tarixində ilk olacaq.

Qeyd edək ki, "Ayntraxt" Avropa Çempionlar Kubokunda çıxış edib və hətta 1959/60 mövsümündə "Real"a böyük hesabla uduzduğu (3:7) finala yüksəlib. O vaxtdan bəri klub 1992/93 mövsümündən adını Çempionlar Liqası alan turnirə çıxa bilməyib.