Final oyununa hakim təyinatları açıqlandı
UEFA Çempionlar liqası

Final oyununa hakim təyinatları açıqlandı

  • 2022-05-12

Çempionlar Liqasının 2021/2022 mövsümünün final oyununa hakim təyinatlarını açıqlayıb.

"UEFA"nın rəsmi saytına istinadən, "Liverpul" - "Real" görüşünü fransalı hakimlər briqadası idarə edəcək. Baş hakim Kleman Türpen olacaq. Ona yan xətt hakimləri kimi Nikolya Danos və Siril Qrinqor kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Benua Bastyen yerinə yetirəcək.

Qeyd edək ki, mayın 28-i Fransanın paytaxtı Parisdəki "Stad de Frans" stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.