Benzema Ronaldonun rekordunu təkrarladı
UEFA Çempionlar liqası

Benzema Ronaldonun rekordunu təkrarladı

  • 2022-05-05

"Real"ın hücumçusu Kərim Benzema Çempionlar Liqasında komandanın sabiq futbolçusu, Kriştiano Ronaldonun rekordunu təkrarlayıb. 

Turnirin rəsmi "Tvitter" hesabına istinadən, 34 yaşlı forvard buna yarımfinal mərhələsində "Mançester Siti" ilə cavab görüşündə fərqlənməklə nail olub.

O, 95-ci dəqiqədə penaltini dəqiq yerinə yetirib. Nəticədə Benzema 2021/2022 mövsümündə ÇL-in pley-off mərhələlərində vurduğu qolların sayını 10-a çatdırıb. Bununla da fransalı futbolçu Ronaldonun 2017-ci ildəki rekordunu təkrarlayıb.

Qeyd edək ki, "Real" yarımfinalın ilk oyununda "Mançester Siti"yə 3:4 hesabı ilə uduzub. Cavab görüşündə Madrid təmsilçisi 3:1 hesablı qələbə qazanıb. "Real" finalda "Liverpul"la üz-üzə gələcək.