Çempionlar Liqasında ilk
UEFA Çempionlar liqası

Çempionlar Liqasında ilk

  • 2022-05-05

"Real"ın futbolçusu Rodriqo Qoes Çempionlar Liqasında ilkə imza atıb. 

"Opta"ya istinadən, 21 yaşlı yarımmüdafiəçi buna turnirin yarımfinal mərhələsində "Mançester Siti" ilə cavab oyununda dubl etməklə nail olub.

O, 90 və 90+1-ci dəqiqələrdə fərqlənib. Nəticədə Rodriqo ÇL-in pley-off mərhələlərində 89-cu dəqiqədən sonra 2 qol vuran ilk oyunçu olub.