"ÇL"də ilk finalçı müəyyənləşir
UEFA Çempionlar liqası

"ÇL"də ilk finalçı müəyyənləşir

  • 2022-05-03

Bu gün Çempionlar Liqasında yarımfinal mərhələsinin cavab oyunlarına start veriləcək.

İlk oyun günündə 1 matç keçiriləcək. "Vilyarreal" İspaniyada "Liverpul"u qəbul edəcək. Bu komandalar arasında ilk görüş "mersisaydlılar"ın 2:0 hesablı qələbəsi ilə başa çatıb. 

UEFA Çempionlar Liqası, yarımfinal

3 may

23:00. "Vilyarreal" (İspaniya) - "Liverpul" (İngiltərə)

Baş hakim: Danni Makkeli (Niderland)

Vilyarreal, "Estadio de la Keramika" stadionu.

İlk oyun: 0:2.