Benzema ilk pilləyə yüksəldi
UEFA Çempionlar liqası

Benzema ilk pilləyə yüksəldi

  • 2022-04-27

"Real"ın futbolçusu Kərim Benzema bu mövsüm Çempionlar Liqasının bombardirləri siyahısında birinci pilləyə yüksəlib. 

O, dünən keçirilən "Mançester Siti" ilə yarımfinalın ilk matçında dubl edib. Bununla da qollarının sayını 14-ə yüksəldən fransalı hücumçu bombardirlər siyahısında Robert Levandovskini ("Bavariya", 13 qol) geridə qoyaraq ilk pilləyə yüksəlib. 

3-cü yerdə isə 11 qolla "Ayaks"ın futbolçusu Sebastian Hallerdir. 

Qeyd edək ki, dünən "Mançester Siti" "Real"a 4:3 hesabı ilə qalib gəlib. Komandalar arasında cavab matçı mayın 4-ü Madriddə keçiriləcək.