"ÇL"də həftənin oyunçusu
UEFA Çempionlar liqası

"ÇL"də həftənin oyunçusu

  • 2022-04-15

Çempionlar Liqasında 1/4 final mərhələsinin son iki cavab matçından sonra həftənin ən yaxşı oyunçusu açıqlanıb.

UEFA-nın saytına istinadən, "Real"ın yarımmüdafiəçisi Luka Modriç hamını qabaqlayıb.

37 yaşlı xorvatiyalı futbolçu səsvermədə Raul Albiol ("Vilyarreal"), Kostas Tsimikas ("Liverpul") və Con Stounzu ("Mançester Siti") geridə qoyub.

Qeyd edək ki, Modriç "Çelsi" ilə Madriddə keçirilən cavab matçında (2:3) 1 qol ötürməsi və baxımlı oyunu ilə yadda qalıb.