"ÇL"də həftənin rəmzi komandası müəyyənləşdi
- 2022-04-15
Çempionlar Liqasında 1/4 final mərhələsinin cavab oyunlarından sonra həftənin rəmzi komandası müəyyənləşib.
Qurumun saytına istinadən, heyətdə "Çelsi"nin və "Mançester Siti"nin hərəyə 3, "Liverpul"un 2, "Real", "Atletiko" və "Benfika"nın 1 oyunçusu yer alıb.
Qapıçı: Ederson (“Mançester Siti”, İngiltərə)
Müdafiəçilər: Antonio Rüdiger ("Çelsi", İngiltərə), Kayl Uoker, Con Stounz (hər ikisi "Mançester Siti), Reynildu Mandava ("Atletiko" Madrid, İspaniya), Kostas Tsimikas ("Liverpul", İngiltərə)
Yarımmüdafiəçilər: Meyson Maunt ("Çelsi", İngiltərə), Luka Modriç ("Real Madrid), Qonsalu Ramuş ("Benfika", Portuqaliya)
Hücumçular: Timo Verner ("Çelsi"), Roberto Firmino ("Liverpul")