Ançelottidən tarixi rekord
UEFA Çempionlar liqası

Ançelottidən tarixi rekord

  • 2022-04-14

"Real"ın baş məşqçisi Karlo Ançelotti Çempionlar Liqasında yeni rekorda imza atıb.

İtalyan mütəxəssis buna turnirin yarımfinal mərhələsinə vəsiqə qazanmaqla nail olub. O, ardıcıl 4 onillikdə bunu bacaran ilk baş məşqçi kimi tarixə düşüb. 63 yaşlı mütəxəssis 1999-cu ildə "Yuventus", 2003, 2005, 2006, 2007-ci illərdə "Milan", 2014,2015 və 2022-ci illərdə "Real"la yarımfinala yüksəlib.

Qeyd edək ki, "Real" 1/4 finalda "Çelsi"ni iki oyunun nəticəsinə əsasən mübarizədən kənarlaşdırıb - 5:4.