Qvardiolanın oyun sonu açıqlamaları
UEFA Çempionlar liqası

Qvardiolanın oyun sonu açıqlamaları

  • 2022-04-14

"Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola Çempionlar Liqasının 1/4 final mərhələsində "Atletiko" səddini adlayaraq yarımfinal mərhələsinə yüksəlmələrini şərh edib.

"BBC"yə istinadən, mütəxəssis Madrid təmsilçisi ilə cavab matçından (0:0, ilk oyun - 1:0) sonra təşkil olunan mətbuat konfransında deyib: 

"Atletiko" çempion komandadır. Onlar enerjili şəkildə oynadılar və ikinci hissədə bizdən daha yaxşı çıxış etdilər. Şanslı idik ki, qol buraxmadıq. İlk hissədə qol imkanlarımız oldu. Yarımfinaldayıq və buna layiqik. Yarımfinaldakı rəqibimiz "Real" isə çox güclüdür. Çempionlar Liqasındakı bütün komandalar bura gəlib əziyyət çəkirlər. Ona görə də irəliləməyimiz vacibdir. İndi çoxlu zədəli futbolçularımız var və yaxın həftələrdə nə olacağını bilmirəm. Amma bu gün sevinirik, çünki üçüncü dəfə Çempionlar Liqasının yarımfinalındayıq. Lakin "Real"a qarşı "Atletiko" ilə matçın ikinci hissəsindəki kimi oynasaq, şansımız olmayacaq. Çalışmalıyıq ki, Mançesterdəki ilk görüşdəki kimi oynayaq". 

Xatırladaq ki, Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk qarşılaşmasında "Mançester Siti" "Atletiko"ya 1:0 hesabı ilə qalib gəlib.  Cavab oyunu isə 0:0 hesabı ilə nəticələnib. Beləliklə, "şəhərlilər" yarımfinal mərhələsində "Real"a rəqib olub.