Son yarımfinalçılar müəyyənləşdi
UEFA Çempionlar liqası

Son yarımfinalçılar müəyyənləşdi

  • 2022-04-14

Dünən Çempionlar Liqasında 1/4 final mərhələsinə yekun vurulub.

2-ci oyun günündə 2 görüş keçirilib.

 İlk matçda 3:1 hesablı qələbə qazanan "Liverpul" "Benfika" ilə bu dəfə İngiltərədə qarşılaşıb. Görüş 3:3 hesabı ilə başa çatıb. İlk oyunda 3:1 hesablı qələbə qazanan "Liverpul" mərhələni adlayıb.

 "Mançester Siti" isə ilk görüşdə 1:0 hesabı ilə məğlub etdiyi "Atletiko" ilə səfərdə üz-üzə gəlib. Oyunda qol olmayıb və "şəhərlilər" yarımfinala yüksəlib.

Beləliklə, yarımfinalda "Liverpul" "Vilyarreal"la,  "Mançester Siti" isə "Real" ilə qarşılaşacaq.

Çempionlar Liqası, 1/4 final

Cavab oyunları

13 aprel

23:00. "Liverpul" (İngiltərə) - "Benfika" (Portuqaliya) - 3:3

Qol: Konate, 21. Firmino, 55: 65 – Ramos, 32. Yaremçuk, 74. Nunez, 83.

Baş hakim: Serdar Gözübüyük (Niderland)

İlk oyun - 3:1

23:00. "Atletiko" Madrid (İspaniya) - "Mançester Siti" (İngiltərə) - 0:0 

Baş hakim: Daniel Zibert (Almaniya)

İlk oyun - 0:1