Son yarımfinalçılar müəyyənləşir
UEFA Çempionlar liqası

Son yarımfinalçılar müəyyənləşir

  • 2022-04-13

Bu gün Çempionlar Liqasında 1/4 final mərhələsinə yekun vurulacaq.

2-ci oyun günündə 2 görüş keçiriləcək. İlk matçda 3:1 hesablı qələbə qazanan "Liverpul" "Benfika" ilə bu dəfə İngiltərədə qarşılaşacaq. "Mançester Siti" isə ilk görüşdə 1:0 hesabı ilə məğlub etdiyi "Atletiko" ilə səfərdə üz-üzə gələcək. 

Qeyd edək ki, yarımfinalda "Liverpul" - "Benfika" cütünün qalibi "Vilyarreal" ilə, "Atletiko" (Madrid) - "Mançester Siti" görüşünün güclüsü isə "Real" ilə qarşılaşacaq.

Çempionlar Liqası, 1/4 final

Cavab oyunları

13 aprel

23:00. "Liverpul" (İngiltərə) - "Benfika" (Portuqaliya)

Baş hakim: Serdar Gözübüyük (Niderland)

İlk oyun - 3:1

23:00. "Atletiko" Madrid (İspaniya) - "Mançester Siti" (İngiltərə)

Baş hakim: Daniel Zibert (Almaniya)

İlk oyun - 0:1