"Çelsi"də oyun öncəsi ciddi itkilər
UEFA Çempionlar liqası

"Çelsi"də oyun öncəsi ciddi itkilər

  • 2022-04-12

"Çelsi"nin futbolçuları Romelu Lukaku və Sesar Aspilikueta Çempionlar Liqasının 1/4 finalında "Real"la cavab oyununu buraxacaqlar.

Britaniya mətbuatına istinadən, bu barədə London klubunun baş məşqçisi Tomas Tuhel məlumat verib: "Lukaku zədəlidir. Aspilikuetanın isə COVID testi müsbət çıxdı".

Qeyd edək ki, "Real" - "Çelsi" görüşü bugün keçirilək. Bu komandalar arasında ilk matçda Madrid təmsilçisi 3:1 hesabı ilə qalib gəlib.