"ÇL"də ilk yarımfinalçılar müəyyənləşir
- 2022-04-12
Bu gün Çempionlar Liqasında 1/4 final mərhələsinin cavab görüşlərinə start veriləcək.
İlk oyun günündə 2 matç keçiriləcək. Nəticədə yarımfinalın ilk 2 iştirakçısı müəyyənləşəcək. İlk oyunda 3:1 hesablı qələbə qazanan "Real" "Çelsi"ni bu dəfə evdə qəbul edəcək. "Bavariya" isə ilk matçda 0:1 hesabı ilə uduzduğu "Vilyarreal"la doğma meydanda üz-üzə gələcək.
Çempionlar Liqası, 1/4 final
Cavab oyunları
12 aprel
23:00. "Real" (İspaniya) - "Çelsi" (İngiltərə)
Baş hakim: Şimon Marçinyak (Polşa)
İlk oyun - 3:1
23:00. "Bavariya" (Almaniya) - "Vilyarreal" (İspaniya)
Baş hakim: Slavko Vinçiç (Sloveniya)
İlk oyun - 0:1