Çempionlar Liqasında həftənin futbolçusu açıqlandı
UEFA Çempionlar liqası

Çempionlar Liqasında həftənin futbolçusu açıqlandı

  • 2022-04-08

Çempionlar Liqasında 1/4 final mərhələsinin ilk oyunlarından sonra həftənin ən yaxşı futbolçusu açıqlanıb.

UEFA-nın saytına istinadən, "Real"ın hücumçusu Kərim Benzema bu ada layiq görülüb.

Fransalı futbolçu səsvermədə "Vilyarreal"dan Covani Lo Çelsonu, "Liverpul"dan Luis Diası və "Mançester Siti"dən Kevin De Brüyneni geridə qoyub.

Qeyd edək ki, 35 yaşlı forvard "Çelsi"yə 3:1 hesabı ilə qalib gəldikləri matçda het-trik edib.