"ÇL"də 1/4 finalın ilk oyunlarına yekun vuruldu
UEFA Çempionlar liqası

"ÇL"də 1/4 finalın ilk oyunlarına yekun vuruldu

  • 2022-04-07

Dünən Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk oyunlarına yekun vurulub.

İkinci oyun günündə 2 matç keçirilib. "Çelsi" evdə "Real"ı qəbul edib. Oyun qonaqların qələbəs ilə başa çatıb - 3:1. Madrid klubunun hər 3 qolunu Kərim Benzema vurub.

"Bavariya" isə "Vilyarreal"ın qonağı olub. Görüş meydan sahiblərinin qələbəsi ilə başa çatıb - 1:0.

Bu komandalar arasında cavab görüşləri aprelin 12-də keçiriləcək. 

Çempionlar Liqası, 1/4 final

İlk oyunlar

6 aprel 

23:00. "Çelsi" (İngiltərə)  - "Real" (İspaniya) - 1:3

Qollar: Benzema, 21 (0:1), 24 (0:2), 46 (1:3), Haverts, 40 (1:2)

Baş hakim: Klement Turpin (Fransa)

"Stemford Bridc" stadionu.

23:00. "Vilyarreal" (İspaniya) - "Bavariya" (Almaniya) - 1:0 

Qol: Danjuma, 8 

Baş Hakim: Entoni Teylor (İngiltərə)

"Estadio de la Keramika" stadionu.