Mane Cerrardı qabaqladı
UEFA Çempionlar liqası

Mane Cerrardı qabaqladı

  • 2022-04-06

Çempionlar Liqasının 1/4 finalında "Benfika" ilə ilk matç "Liverpul"un futbolçusu Sadio Mane üçün əlamətdar olub. 

29 yaşlı yarımmüdafiəçi görüşün 34-cü dəqiqəsində fərqlənib. Bu, Manenin "mersisaydlılar"ın heyətində turnirdə 22-ci qolu olub. Nəticədə Mane "Liverpul"un sabiq futbolçusu Stiven Cerrardı (21 qol) qabaqlayaraq komandanın ÇL-də ən çox qol vuran oyunçuları sırasında 2-ci pilləyə yüksəlib. 

Sıralamaya Məhəmməd Salah başçılıq edir - 33 qol.