"Real" "Çelsi"yə, "Bavariya" "Vilyarreal"a qarşı
UEFA Çempionlar liqası

"Real" "Çelsi"yə, "Bavariya" "Vilyarreal"a qarşı

  • 2022-04-06

Bu gün Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk oyunlarına yekun vurulacaq. 

İkinci oyun günündə 2 matç keçiriləcək. "Çelsi" evdə "Real"ı qəbul edəcək. "Bavariya" isə "Vilyarreal"ın qonağı olacaq. 

Bu komandalar arasında cavab görüşləri isə aprelin 12-də keçiriləcək. 

Çempionlar Liqası, 1/4 final

İlk oyunlar

6 aprel 

23:00. "Çelsi" (İngiltərə)  - "Real" (İspaniya)

Baş hakim: Klement Turpin (Fransa)

"Stemford Bridc" stadionu.

23:00. "Vilyarreal" (İspaniya) - "Bavariya" (Almaniya) 

Baş Hakim: Entoni Teylor (İngiltərə)

"Estadio de la Keramika" stadionu.