İngiltərə klubları qələbə qazandı
UEFA Çempionlar liqası

İngiltərə klubları qələbə qazandı

  • 2022-04-06

Dünən Çempionlar Liqasında 1/4 final mərhələsinə start verilib. 

İlk oyun günündə 2 matç keçirilib. "Mançester Siti" evdə "Atletiko"nu 1 cavabsız qolla məğlub edib.

"Benfika" isə doğma meydanda  "Liverpul"a uduzub. 

Qeyd edək ki, bu komandalar arasında cavab görüşləri aprelin 13-də oynanılacaq. 

Çempionlar Liqası, 1/4 final

İlk oyunlar

5 aprel

23:00. "Mançester Siti" (İngiltərə) - "Atletiko" (İspaniya) - 1:0

Qol: De Brüyne, 70.

Baş hakim: İştvan Kovaç (Rumıniya)

23:00. "Benfika" (Portuqaliya) - "Liverpul" (İngiltərə) - 1:3

Qollar: Nunes, 49 - Konate, 17, Mane, 34, Dias, 87

Baş hakim: Xesus Hil Mansano (İspaniya)