"ÇL"də mövsümün son püşkü atıldı
UEFA Çempionlar liqası

"ÇL"də mövsümün son püşkü atıldı

  • 2022-03-18

Bu gün Çempionlar Liqasında 1/4 və 1/2 final mərhələlərinin püşkatma mərasimi keçirilib.

İsveçrənin Nyon şəhərində təşkil olunan tədbirdə mübarizəni davam etdirən 8 komanda 4 cütlük təşkil edib.

Bununla da cütlər yarımfinaldakı potensial rəqiblərini də tanıyıblar. 

Qeyd edək ki, 1/4 final matçları aprelin 5-6-da və 12-13-də, yarımfinal aprelin 26-27-də və mayın 3-4-də, final mayın 28-də keçiriləcək.

Çempionlar Liqası

1/8 final

1. "Çelsi" (İngiltərə) - "Real"(İspaniya)

2. "Mançester Siti" (İngiltərə) - "Atletiko" (Madrid, İspaniya)

3. "Vilyarreal" (İspaniya) - "Bavariya" (Almaniya)

4. "Benfika" (Portuqaliya) - "Liverpul" (İngiltərə)

1/2 final

5. 2-ci cütün qalibi - 1-ci cütün qalibi
6. 4-cü cütün qalibi - 3-cü cütün qalibi

Final
7. 6-cı cütün qalibi - 5-ci cütün qalibi