"ÇL"də püşkatma bu vaxta olacaq
UEFA Çempionlar liqası

"ÇL"də püşkatma bu vaxta olacaq

  • 2022-03-17

Çempionlar Liqasının 1/4 final mərhələsinin bütün iştirakçıları müəyyənləşib. Səkkiz iştirakçıdan üçü İspaniya, üçü isə İngiltərəni təmsil edir.

Bu mərhələnin, eləcə də 1/2 finalın püşkatma mərasimi martın 18-də UEFA-nın Nyon şəhərindəki qərargahında keçiriləcək. Tədbir Bakı vaxtı ilə saat 15.00-da başlanacaq.

Xatırladaq ki, "Atletiko" (İspaniya), "Bavariya" (Almaniya), "Benfika" (Portuqaliya), "Vilyarreal" (İspaniya), "Liverpul" (İngiltərə), "Mançester Siti" (İngiltərə), "Real" (İspaniya) və "Çelsi" (İngiltərə) 1/4 finala vəsiqə qazanıblar.