"ÇL"də bütün 1/4 finalçılar müəyyənləşdi
UEFA Çempionlar liqası

"ÇL"də bütün 1/4 finalçılar müəyyənləşdi

  • 2022-03-17

Çempionlar Liqasında 1/8 final mərhələsinə yekun vurulub.

"Vilyarreal" İtaliyada "Yuventus"la cavab oyununa çıxıb. İlk görüşü 1:1 hesablı bərabərliklə başa çatan komandaların bu matçında gözlənilməz hesab qeydə alınıb. Qonaqlar Turin səfərində "Yuventus"a 3 cavabsız qolla qalib gələrək 1/4 finala yüksəliblər.

Gecənin digər oyununda "Çelsi" "Lill" ilə qarşılaşıb. Londondakı ilk qarşılaşmada "zadəganlar" 2:0 hesablı qələbə qazanıblar. Bu oyunda "Çelsi"nin qələbəsi ilə başa çatıb - 2:1. Beləliklə, Tomas Tuhelin komandası da 1/4 finala adlayıb.

Qeyd edək ki, daha əvvəl İngiltərənin "Liverpul" və "Mançester Siti", İspaniyanın "Real" və "Atletiko" (Madrid), həmçinin Almaniyanın "Bavariya" və Portuqaliyanın "Benfika" klubları 1/4 finala vəsiqə əldə edib.

UEFA Çempionlar Liqası, 1/8 final

Cavab oyunları

16 mart

00:00. "Yuventus" (İtaliya) - "Vilyarreal" (İspaniya) - 0:3

Qol: Moreno, 77-pen. Torres, 85. Danyuma, 90+1-pen.

Baş hakim: Şimon Marçinyak

İlk oyun - 1:1

00:00. "Lill" (Fransa) - "Çelsi" (İngiltərə) - 1:2

Qol: B.Yılmaz, 38-pen – Pulişiç, 45+3. Aspilikueta, 71.

Baş hakim: Davide Massa

İlk oyun - 0:2.