Simeone "Maçester Yunayted" qələbəsi haqqında danışdı
UEFA Çempionlar liqası

Simeone "Maçester Yunayted" qələbəsi haqqında danışdı

  • 2022-03-16

Dieqo Simeone : “Mən çox sevinirəm. Çox adam var ki, uğur üçün çalışır”.

Madrid klubu Çempionlar Liqasının 1/8 final mərhələsinin səfərdəki cavab oyununda “Mançester Yunayted”ə qalib gələrək (1:0, ilk oyun 1:1) növbəti mərhələyə adlayıb.

Argentinalı mütəxəssis oyundan sonra təşkil edilən mətbuat konfransında bildirib: “Uşaqlar bu mövsüdəki əla oyunlardan birini keçirdi. Biz 5-3-2 sxemi ilə başlayıb, sonra 5-4-1-ə keçdik. Müdafiə xətti əla çıxış etdi. Müdafiədə oynamaq bizim üçün utandırıcı deyildi. Başa düşürdük ki, hücuma necə çıxmaq lazımdır. Oblak isə bizi sakitləşdirdi. Qol oyunun xarakterinə uyğun olmasa da, bizi sakitləşdirdi. Bu qələbə bütün komandanın uğurudur”.