"ÇL"də daha iki 1/4 finalçı müəyyənləşir
- 2022-03-15
Çempionlar Liqasında 1/8 final mərhələsinin cavab oyunları davam edir.
Bu gün daha 2 cavab görüşü keçiriləcək. "Mançester Yunayted" doğma meydanda "Atletiko" (Madrid) ilə üz-üzə gələcək. Komandalar arasında ilk oyunda qalib müəyyənləşməyib - 1:1.
Gecənin digər matçında isə "Ayaks" "Benfika"nı qəbul edəcək. Lissabondakı ilk matçda 2:2 hesablı heç-heçə qeydə alınıb.
Qeyd edək ki, daha əvvəl İngiltərənin "Liverpul" və "Mançester Siti", İspaniyanın "Real Madrid" və Almaniyanın "Bavariya" klubları 1/4 finala vəsiqə əldə edib.
UEFA Çempionlar Liqası, 1/8 final
Cavab oyunları
15 mart
00:00. "Mançester Yunayted" (İngiltərə) - "Atletiko" (Madrid, İspaniya)
Baş hakim: Slavko Vinçiç
İlk oyun - 1:1
00:00. "Ayaks" (Niderland) - "Benfika" (Portuqaliya)
Baş hakim: Karlos del Serro
İlk oyun - 2:2