Bunu bacaran 4-cü braziliyalı oldu
- 2022-03-11
"Mancester Siti"nin kapitanı Fernandinyo Çempionlar Liqasında 100 oyun keçirən dördüncü braziliyalı futbolçu olub.
36 yaşlı futbolçu ÇL-in 1/8 final mərhələsinin "Sportinq"lə cavab oyununda (0:0) meydana start heyətində çıxıb. Bununla da braziliyalı turnirdə 100 oyun həddinə çatıb
Fernandinyo Dani Alveş, Roberto Karlos və Marselodan sonra ÇL-də 100 oyun keçirən dördüncü braziliyalı olub. O, ilk dəfə 15 il əvvəl, "Şaxtyor"un (Donetsk) heyətində Çempionlar Liqasında debüt edib.