"ÇL"də həftənin ən yaxşı oyunçusu
UEFA Çempionlar liqası

"ÇL"də həftənin ən yaxşı oyunçusu

  • 2022-03-11

Çempionlar Liqasında 1/8 final mərhələsində həftənin ən yaxşı futbolçusu açıqlanıb.

UEFA-nın rəsmi saytına istinadən, bu ada "Real"ın hücumçusu Kərim Benzema layiq görülüb.

O, "Bavariya"dan Robert Levandovski, "Mançester Siti"dən Fernandinyo və "İnter"dən Milan Şkrinyarı qabaqlayıb.

Qeyd edək ki, Benzema Madriddə "PSJ"yə 3:1 hesabı ilə qalib gəldiyi matçda het-trik edərək komnadasını 1/4 finala yüksəldib.