"Real Madrid" və "Mançester Siti"  1/4 də
UEFA Çempionlar liqası

"Real Madrid" və "Mançester Siti" 1/4 də

  • 2022-03-10

Çempionlar Liqasında 1/8 finalın daha iki cavab oyunu keçirilib.

"Mançester Siti" doğma meydanda "Sportinq"lə qarşılaşıb. Oyunda qol vurulmayıb. İlk görüşdə 5:0 hesabı ilə qalib gələn İngiltərə təmsilçisi 1/4 finala yüksəlib. 

Digər matçda isə "PSJ" "Real"ın qonağı olub. Bu komandalar arasında ilk qarşılaşmada Paris klubu 1:0 hesabı ilə qalib gəlmişdi. Bu oyunda da hesabı "PSJ" açıb. Ancaq "Real" kapitan Kərim Benzemanın 17 dəqiqəyə vurduğu 3 qolla möhtəşəm qələbə qazanaraq (3:1) 1/4 finala adlayıb.

9 mart

00:00. "Mançester Siti" - "Sportinq" - 0:0

İlk oyun - 5:0

00:00. "Real" - "PSJ" - 3:1

Qol: Mbappe, 39 (0:1), Benzema, 61 (1:1), 76 (2:1), 78 (3:1)

İlk oyun - 0:1