11 dəqiqəyə 3 qol
UEFA Çempionlar liqası

11 dəqiqəyə 3 qol

  • 2022-03-09

"Bavariya"nın hücumçusu Robert Levandovski Çempionlar Liqasında növbəti het-trik edib.

Polşalı futbolçu buna "Zalsburq"a (Avstriya) qarşı dünən keçirilən 1/8 finalın cavab görüşündə (7:1) nail olub. O, cəmi 11 dəqiqə ərzində (12-23-cü dəq.) rəqib qapısına 3 dəfə yol tapıb. Bununla da Levandovski adını ÇL tarixinin ən tez vurulan het-triklər siyahısına yazdırıb.

Bu siyahıda ən yaxşı göstəricisi isə Bafetimbi Qomis (8) və Mayk Nyuellə (9) məxsusdur.