"Bavariya" və "Liverpul" 1/4 finalda
UEFA Çempionlar liqası

"Bavariya" və "Liverpul" 1/4 finalda

  • 2022-03-09

Bu gün Çempionlar Liqasında 1/8 final mərhələsinin cavab oyunlarına start verilib.

İlk oyun günündə iki qarşılaşma keçirilib

"Liverpul" evdə "İnter"i qəbul edib və 0:1 hesabı ilə uduzub. İlk matçda Mersisayd təmsilçisi 2:0 hesabı ilə qalib gəldiyi üçün 1/4 finala yüksəlib. 

Gecənin digər oyununda "Bavariya" Almaniyada "Zalsburq" ilə üz-üzə gəlib.  İlk görüşdə 1:1 hesablı heç-heçə edən Münhen təmsilçisi cavab qarşılaşmasında 7:1 hesabı ilə qalib gələrək növbəti mərhələyə adını yazdırıb. 

UEFA Çempionlar Liqası, 1/8 final

Cavab oyunları

8 mart

00:00. "Liverpul" (İngiltərə) - "İnter" (İtaliya) - 0:1

Qol: Martines, 61

Baş hakim: Antonio Migel Mateu Laos (İspaniya)

İlk oyun - 2:0.

00:00. "Bavariya" (Almaniya) - "Zalsburq" (Avstriya) - 7:1

Qollar: Levandovski, 12-pen, 21-pen, 23, Qnabri, 31, Müller, 54, 83, Sane, 86 - Kyaerqaard, 70

Baş hakim: Klement Turpin (Fransa)

İlk oyun - 1:1