Mbappe "Real"la oyun öncəsi zədələndi
UEFA Çempionlar liqası

Mbappe "Real"la oyun öncəsi zədələndi

  • 2022-03-08

"PSJ"nin aparıcı futbolçusu Kilian Mbappe zədələnib.

"RMC Sport"a istinadən, fransalı hücumçus məşqdə komanda yoldaşı ilə toqquşub və ayağından xəsarət alıb.

23 yaşlı futbolçu sabah tibbi müayinədən keçəcək. O, Çempionlar Liqasının 1/8 finalının "Real"la keçiriləcək cavab oyununu buraxa bilər. Görüş martın 9-da Madriddə oynanılacaq.

Qeyd edək ki, komandalar arasında Parisdə keçirilən ilk matçda "PSJ" məhz Mbappenin qolu ilə 1:0 hesablı qələbə qazanıb.