Kroos "ÇL"in oyununu buraxacaq
UEFA Çempionlar liqası

Kroos "ÇL"in oyununu buraxacaq

  • 2022-03-05

"Real"ın futbolçusu Toni Kroos Çempionlar Liqasının 1/8 final mərhələsində "PSJ" ilə cavab matçını buraxacaq. 

Bu barədə "Cope" məlumat yayıb. 32 yaşlı yarımmüdafiəçinin bud əzələsində yırtıq aşkarlanıb. Bu səbəbdən də o, sözügedən qarşılaşmada iştirak edə bilməyəcək. 

Qeyd edək ki, "Real" - "PSJ" matçı martın 9-u Bakı vaxtı ilə 00:00-da başlayacaq. Komandalar arasında ilk oyun "PSJ"nin 1:0 hesablı qələbəsi ilə başa çatıb.