"Topdan qorxurduq"
UEFA Çempionlar liqası

"Topdan qorxurduq"

  • 2022-02-24

"Mançester Yunayted"in baş məşqçisi Ralf Ranqnik Çempionlar Liqasının 1/8 final mərhələsində "Atletiko" ilə heç-heçə etdikləri ilk matç (1:1) haqda fikirlərini bölüşüb.

63 yaşlı mütəxəssis UEFA-nın saytına açıqlamasında deyib:

"Matçı əvəzetmələrlə xilas edib-etmədiyimi bilmirəm. İlk hissədəki performansdan sonra daha da pis oynaya bilməzdik. İlk hissədə nə etdik, necə oynadıq, bunu hələ də başa düşə bilmirəm. İnamsız idik və topa lazımi aqressiya ilə toxunmurduq. İkinci hissədə daha yaxşı oynadıq. Əhəmiyyətli zonalarda daha çox topa sahib idik. Əlavə 10 dəqiqə də oynasaydıq, qalib gələ bilərdik. Amma birinci hissədəki çıxışımıza görə çox məyus oldum. Biz topdan çox qorxurduq". 

Qeyd edək ki, bu komandalar arasında cavab matçı martın 15-i İngiltərədə keçiriləcək.