"ÇL"də qol vurub, Ukraynaya dəstək oldu
- 2022-02-24
"Benfika"nın hücumçusu Roman Yaremçuk ölkəsi Ukraynaya mənəvi dəstəyini nümayiş etdirib.
Hadisə dünən gecə "Ayaks"a qarşı keçirilmiş Çempionlar Liqasının ilk 1/8 final oyunundan (2:2) sonra baş verib.
Millinin 26 yaşlı oyunçusu 72-ci dəqiqədə komandasının 2-ci, matçdakı sonuncu qolu vurduqdan sonra üzərində daşığı formada əks olunan Ukraynanın dövlət gerbini nümayiş etdirib.
Qeyd edək ki, son günlər Ukrayna ilə Rusiya ilə münasibətlər daha da kəskinləşib.