"ÇL"də 1/8 final mərhələsinə yekun vuruldu
UEFA Çempionlar liqası

"ÇL"də 1/8 final mərhələsinə yekun vuruldu

  • 2022-02-24

Bu gün Çempionlar Liqasının 1/8 finalının ilk oyunlarına yekun vurulub.

Son oyun günündə iki görüş keçirilib.

"Benfika" Portuqaliyada "Ayaks"ı qəbul edib. Oyun 2:2 hesabı ilə başa çatıb. Digər qarşılaşmada isə "Mançester Yunayted" (İngiltərə) Madrid "Atletiko"sunun qonağı olub. Bu oyunda da qalib müəyyənləşməyib - 1:1.

23 fevral

UEFA Çempionlar Liqası, 1/8 final

İlk oyunlar

00:00. "Benfika" (Portuqaliya) - "Ayaks" (Niderland) - 2:2

Qollar: Tadiç, 18 (0:1), Haller, 26-avtoqol (1:1), 29 (1:2), Yaremçuk, 72 (2:2)

00:00. "Atletiko" (İspaniya) - "Mançester Yunayted" (İngiltərə) - 1:1

Qollar: Joao Feliks, 7 (1:0), Elanqa, 80 (1:1)