Vlahoviç TOP-a 10-a düşə bilmədi
- 2022-02-23
Çempionlar Liqasının 1/8 final mərhələsinin dünən keçirilən "Vilyarreal" – "Yuventus" oyununda (1:1) erkən qol vurulub.
"Qol.az"a istinadən, Turin komandasının hücumçusu Duşan Vlahoviç 33-cü saniyədə topu rəqib qapısından keçirib. Bu, 22 yaşlı serbiyalı oyunçunun ÇL-də debüt matçı olub. Debütanlar arasında ÇL-də ən tez qol isə ukraynalı Yevgeni Konoplyankaya məxsusdur. O, 2015-ci ildə "Sevilya"da oynadığı vaxt meydana daxil olduqdan (2-ci hissədə) cəmi 15 saniyə sonra qol vura bilib.
Bununla belə, Vlahoviçin dünənki erkən qolu ÇL tarixinin hətta ən erkən 10 qolu sırasına belə düşə bilməyib.
Bu siyahıda birinci yeri Roy Makay ("Bavariya) tutur. O, 2007-cü ildə, 10,12-ci saniyədə "Real"ın qapısına yol tapa bilib. Sıralamada sonrakı yerləri müvafiq olaraq Jonas (10,96 saniyə), Jilberto Silva (20,07), Alessandro del Pyero (21), Klarens Zeyedord (21,06), Dioqo Ronkon (24), David Alaba (24,18), Aleşandre Pato (24,97), Karen Kinsl (25,20) və digər bir neçə oyunçu tutur.