"ÇL"də həftənin ən yaxşı oyunçusu
UEFA Çempionlar liqası

"ÇL"də həftənin ən yaxşı oyunçusu

  • 2022-02-18

Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusunun adı açıqlanıb.

UEFA-nın rəsmi saytına istinadən, "PSJ"nin hücumçusu Kilian Mbappe bu ada layiq görülüb.

Fransalı futbolçu səsvermədə Bernardu Silva ("Mançester Siti"), Məhəmməd Kamara ("Zalsburq") və Vircil Van Deyki ("Liverpul") qabaqlayıb.

Qeyd edək ki, Mbappe 1/8 finalın "Real"la ilk matçının (1:0) əsas vaxtına əlavə olunmuş 4-cü dəqiqədə qələbə qolunu vurub.