Messidən antirekord
UEFA Çempionlar liqası

Messidən antirekord

  • 2022-02-16

"PSJ"nin hücumçusu Lionel Messi penaltini vura bilməyib

Hadisə Çempionlar Liqasının 1/8 final mərhələsinin "Real"a qarşı evdə keçirilən ilk oyununda (1:0) baş verib. 64-cü dəqiqədə argentinalının zərbəsini qapıçı Tibo Kurtua qaytara bilib.

Bu, Messinin ÇL tarixində 23 penaltidən 5-ci qeyri-dəqiq penaltisi olub. Beləliklə, argentinalı Tyerri Anrinin antirekordunu təzələmiş olub. 

Əlavə edək ki, Serxio Aquero və Ruud van Nistelroy isə ÇL-in qrupunda 4 penaltini dəqiq vura bilməyiblər.