"Hələ heç nə başa çatmayıb"
- 2022-02-16
"Real"ın baş məşqçisi Karlo Ançelotti Çempionlar Liqasının 1/8 final mərhələsində ötən gecə "PSJ"yə uduzduqları matç (0:1) barədə danışıb.
62 yaşlı mütəxəssis cavab görüşündə Paris təmsilçisini məğlub edəcəklərinə inandıqlarını deyib:
"PSJ qələbəyə layiq idi. Ancaq biz özümüzə güvənirik. Cavab oyununda doğma meydanda, öz azarkeşlərimiz qarşısında çıxış edəcəyik. Düzdür, "PSJ" daha şanslıdır. Amma hələ heç nə başa çatmayıb. Qarşıda daha bir 90 dəqiqə var".
Qeyd edək ki, bu komandalar arasında cavab oyunu martın 9-u Madriddə keçiriləcək.