"Real"dan daha yaxşı oynadıq"
UEFA Çempionlar liqası

"Real"dan daha yaxşı oynadıq"

  • 2022-02-16

"PSJ"nin baş məşqçisi Maurisio Poçettino ötən gecə Çempionlar Liqasının 1/8 final mərhələsində evdə "Real"a (İspaniya) qalib gəldikləri matç barədə danışıb. 

İlk görüşdə rəqibi 1:0 hesabı ilə məğlub edən Paris klubunun çalışdırıcısı ikinci oyunda da diqqətli davranmalarının vacib olduğunu söyləyib: 

"Mən çox xoşbəxtəm. Komandam çox yaxşı oynadı. Biz ümumilikdə "Real"dan daha yaxşı çıxış etdik və qələbəyə layiq idik. Qarşıda daha bir matç var. Amma ilk addımı atmaq vacib idi.  Biz onların kombinasiyasını pozduq, yarımmüdafiəçilərə təzyiq göstərdik. "Real"ı dayandırmaq və topu mümkün qədər özümüzdə saxlamaq üçün çox çalışdıq. 90 dəqiqə oyuna nəzarət etdik və rəqibə çox az şans yaratmağa imkan verdik. Futbolçularımız bu nəticəyə layiqdirlər. Onlar inanılmaz dərəcədə istedadlıdırlar. Ancaq ikinci matç üçün də diqqətimizi cəmləməliyik". 

Qeyd edək ki, bu komandalar arasında cavab oyunu martın 9-u Madriddə keçiriləcək.